Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru iranlı terrorçunu zərərsizləşdirən Vasif Tağıyevi ziyarət edib
22.02.2023 15:07
Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı terrorçunu zərərsizləşdirən mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevi evində ziyarət edib.
 
Bu barədə Aztibb.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
 

Terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev hadisə zamanı 6 qəlpə xəsarəti alıb. Tehranda keçirilən və 5 saata yaxın davam edən əməliyyatla qəlpələr onun bədənindən çıxarılıb. O, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, Vasif Tağıyevin anası Təranə Tağıyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının Masazır Ailə Sağlamlıq Mərkəzində tibb bacısı vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır