Stress ürəyə necə zərər verir?
26.02.2023 12:17
Stress, ürək-damar xəstəliklərinin əsas səbəbi olmasa da, xəstəliyin yaranma səbəblərindən biridir. Stress vəziyyətində qana çoxlu miqdarda adrenalin hormonun ifraz olunur. Bu, ürək damarlarının sıxılmasına səbəb olur. Nəticədə arterial təzyiq kəskin qalxır, nəbz artır. Tez-tez təkrarlanan stresslər, xüsusilə xroniki stresslər ürəyə dağıdıcı təsir edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Həkim qeyd edib ki, ürək xəstəliklərindən əziyyət çəkən şəxslərdə ani ölümlər əksər hallarda stress, hədsiz gərginlik və depressiv epizodlar zamanı daha sıx görülür.
 
Cabir Gülmalıyev bildirib ki, xroniki stressin kardioloji fəsadlarına aşağıdakılar daxildir:
 
damarların aterosklerozu (sərtləşməsi)
ürək damarlarının sıxılması
ürəyin işemik xəstəliyi
periferik damarların zədələnməsi
kardiomiopatiya (ürək əzələsinin iltihabı)
ürək döyüntülərinin artması/azalması
ani ölümlər və s.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev