Ateroskleroz xəstəliyi kəskinləşdikcə ağıl və intellekt zəifliyi artır - NEVROLOQ
25.02.2023 11:56
Ateroskleroz beyin qan dövranın işemik pozulmalarına səbəb olan xroniki xəstəlikdir. Xəstəlik kəskinləşdikcə ağıl və intellekt zəifliyi artır. Belə xəstələr həkim nəzarətində olmalı, lazımi pəhriz və rejim təyin edilməlidir.
 
Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Sevinc Abışova məlumat verib.
 
Onun sözlərinə görə, ateroskleroz damar divarına lipid və ya kalsium duzları çökməsi ilə əlaqədar yaranır və getdikcə damarın mənfəzi daralır. Nəticədə həmin damarın qidalandırdıgı nahiyyədə qanazlığı olur. Bu da beynin müxtəlif hissələrində nekroz, qliya ilə nəticələnir.
 
Nevroloq aterosklerozun əsas risk faktorlarına ahıl və qoca yaş dövrləri, kişi cinsi, papiros çəkmə, arterial hipertoniya, şəkərli diabet, lipid və xolesterin mübadiləsinin pozulması və plazmada fibrinogenin konsentrasiyasının yüksəlməsinin aid olduğunu deyib.
 
Sevinc Abışova qeyd edib ki, xəstəliyin əsas əlamətəri baş ağrısı, qulaqda səs-küy, başgicəllənmə, əsəbilik, əmək qabiliyyətinin enməsi, yuxu pozulması və s.-dir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev