Rəşad Məmmədov: "Böyrək daşlarına cənub bölgəsinin sakinlərində daha çox rast gəlinir"
22.02.2023 15:55

Böyrək daşının yaranması xəstənin hansı bölgədən olmasından daha çox asılıdır. Məsələn, böyrək daşlarına cənub bölgəsinin sakinlərində daha çox rast gəlinir. Bu, müəyyən irsi və metabolik xəstəliklərlə də bağlı ola bilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə ATU-nun Urologiya kafedrasının dosenti Rəşad Məmmədov məlumat verib.

 

Həkim bildirib ki, böyrəkdəki daşlar tərkibinə görə fərqlənir: həm infeksion daşlar, həm də oksalat olur. Azərbaycanda rentgen neqativ (urat) daşlara kifayət qədər çox rast gəlinir. Bu isə, azərbaycanlıların menyusunda ət yeməklərinin çox olması ilə əlaqədardır.

 

Rəşad Məmmədov böyrək daşının yaranmasının xəstənin yaşından asılı olmadığını deyib. Qeyd edib ki, praktikamızda əməliyyat etdiyimiz ən kiçik xəstəmizin 2, ən yaşlısının isə 92 yaşı olub. 

 

O, bildirib ki, böyrək daşlarının perkutan üsulla çıxarılması əməliyyatında əsas risk qanaxma ilə bağlıdır: “Çünki böyrək qanayan bir orqandır - dəqiqə ərzində böyrəkdən 1 litrə qədər qan keçir. İkinci risk anesteziya ilə əlaqəlidir. İndiyədək bizim klinikada keçirdiyimiz əməliyyatlarda hər hansı problemli situasiya yaranmayıb”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev