ATU-nun Tədris Cərrahiyyə Klinikasında perkutan nefrolitotripsiya əməliyyatı icra olunub
22.02.2023 10:43

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 78 yaşlı pasiyent üzərində icbari sığorta sistemi ilə perkutan nefrolitotripsiya əməliyyatı icra olunub.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

ATU-nun Urologiya kafedrasının baş laborantı Məmməd Məmmədov bildirib ki, bir ay öncə böyrəyinə stend taxılmış pasiyent sağ bel nahiyəsində ağrı, ürəkbulanma və qusma, 39 dərəcə qızdırma şikayətləri ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Müayinə zamanı xəstənin sağ böyrəyinin ləyənində ölçüsü 3 sm civarında olan mərcanvari daş aşkarlanıb. Əməliyyat vasitəsilə böyrək daşlarının çıxarılmasına qərar verilib və 1 saata qədər davam edən əməliyyat nəticəsində xəstə daşlardan azad olunub.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev