Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri keçirilib
21.02.2023 14:38

Balakən Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Balakən Rayon Mərkəzi Xəstəxanasının direktoru Dilbər Quliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

 

Sonra turnirə start verilib. Gərgin mübarizə şəraitində keçən şahmat yarışında kişi iştirakçılar arasında dəri-zöhrəvi həkimi Fərman Məmmədov 1-ci yerə, təqaüdçü stomatoloq Fərhad Əliyev 2-ci yerə, Əməliyyat bölməsinin müdiri Əsgər Axundov isə 3-cü yerə layiq görülüblər. Qaliblər xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Qalib olan qadın iştirakçılar isə Fəxri fərman və hədiyyələrlə təltif olunublar. Digər 17 iştirakçıya isə həvəsləndirici mükafatlar verilib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır