Anamnezində təkrarlanan düşüklər olan qadın övlad sahibi olub - ETMGİ
21.02.2023 14:21
Anamnezində 13 düşük olan qadın Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) sağlam şəkildə övladına qovuşub.
 
İnstitutdan Aztibb.az-a bildirilib ki, hamiləliyin təxminən 10-11-ci həftələrində ETMGİ-yə müraciət edən 38 yaşlı qadın mama-ginekoloq, t.ü.f.d. Leyla Süleymanova tərəfindən müayinə olunub.
 
Hamiləlik hipertenziyası, düşük təhlükəsi diaqnozları ilə pasiyent bir neçə dəfə Hamiləliyin patologiyası şöbəsində stasionar müalicə alıb. Onun hamiləliyi dinamik şəkildə şüa-diaqnostika üzrə həkim Təranə Kərimova tərəfindən ultrasəs müayinələrlə nəzarətdə saxlanılıb.
 
Hamiləliyin 36-cı həftəsində dölyanı mayenin vaxtından əvvəl axması diaqnozu ilə təcili olaraq növbə həkimi Noçuyev Sərxeyil tərəfindən qeysəriyyə əməliyyatı icra olunub və cinsi kişi olan körpə dünyaya gəlib.
 
Uşaq vəziyyəti ilə əlaqədar olaraq Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsində təxminən 10 günlük stasionar müalicədən sonra ailəsi ilə birlikdə evə yola salınıb.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev