ATU-nun Ortopedik stomatologiya kafedrası hərbçilərimizə yardım paylayıb
06.10.2020 10:52

Azərbaycan Ordusunun düşmənin təxribatlarına qarşı sentyabrın 27-dən başlatdığı uğurlu əks-hücum əməliyyatı xalqımıza böyük fərəh hissi yaşadır. Vətəndaşlarımız hərbi hissələrə gedərək, əsgərlərimizi ziyarət edir, onlara sovqat aparır və mənəvi dəstək olurlar.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkiblər. Əsgərlərimizə yardım məqsədi ilə topladıqları maddi vəsait hesabına aldıqları zəruri məişət ləvazimatlarını və isti geyimləri onlara pay veriblər.

 

Ortopedik stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədovun sözlərinə görə, əməkdaşlar əsgərlərə yardım üçün 4000 manata yaxın maddi vəsait toplayıblar.

 

Qeyd edək ki, Ortopedik stomatologiya fakültəsinin dekanı Səid Əhmədovla yanaşı, fakültənin HİK sədri Tofiq Mahmudov, Ortopedik stomatologiya kafedrasının tədris hissə müdiri Elmar Babayev, assistentləri Əli Əliyev və Rüfət Hüseynli hərbi hissəyə yardım aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır