75 yaşlı xəstəyə TAVİ əməliyyatı icra olunub - Mərkəzi Gömrük Hospitalında 
21.02.2023 10:49

Mərkəzi Gömrük Hospitalında növbəti dəfə TAVİ əməliyyatı (kateter vasitəsilə ürək qapağinin protezləşdirilməsi) uğurla həyata keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, əməliyyat Kardiologiya şöbəsinin müdiri, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən icra olunub.

 

Yüksək şəkər və təzyiqlə, əvvəllər stent taxılmış, təngnəfəslik və boğulma şikayətləri ilə Hospitala daxil olmuş 75 yaşlı xəstədə anju zamanı ürək damarlarının və stentlərinin açıq olduğu, ürəyin aorta qapağında kritik darlıq olduğu müəyyən edilib. Beləliklə pasiyent üzərində TAVİ əməliyyatının icrasına qərar verilib.

 

Pasiyentin bud arteriyasından girilərək, heç bir kəsik aparılmadan və narkoz verilmədən TAVİ əməliyyatı icra olunub və yeni evolut 26 mm-lik aorta qapağı  yerləşdirilib.

Xəstənin təngnəfəsliyi və boğulması aradan qaldırılıb. O, əməliyyatdan 12 saat sonra gəzməyə başlayıb, 24 saat sonra isə evə buraxılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev