Türkiyənin səhiyyə naziri Hatay mərkəzli zəlzələlərdən sonra səhra xəstəxanasında zərərçəkənləri ziyarət edib
21.02.2023 10:32

Səhiyyə naziri Fahrettin Koca Hatayda baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlərdə 18-i ağır olmaqla 294 nəfərin yaralandığını açıqlayıb.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

 

"Bu gecə Hatayda yaşadığımız iki zəlzələdə 294 yaralı var. Təəssüf ki, onlardan 18-nin vəziyyəti çox ağırdır. Müalicə alan 95 nəfər ilk tibbi müdaxilədən sonra hava yolu ilə Adana və Dörtyola köçürülüb", - deyə nazir bildirib.

 

Fahrettin Koca, həmçinin Hatay mərkəzli zəlzələdən zərərçəkənləri səhra xəstəxanasında ziyarət edib. O, mərkəzi Defne rayonunda 6,4 bal gücündə zəlzələdən sonra Hatay Təhsil və Araşdırma Xəstəxanasında qurulan səhra hospitalında olub.

 

Səhiyyə naziri Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bəzi səhiyyə müəssisələrinin xidmətlərini davam etdirdiyini, Hatay mərkəzli zəlzələdən sonra bəzi çatların meydana gəldiyini və bu anda təfərrüatı ilə araşdırıla bilməyəcəyini qeyd edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev