Azərbaycanın Türkiyədə yaratdığı səhra hospitallarında mindən çox insan müalicə olunub
20.02.2023 17:43

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra şəhərdə ilk səhra xəstəxanasını quran Azərbaycan komandası indiyədək mindən çox zərərçəkmişi müalicə edib.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə,  Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 11 həkim və 24 personal ilə çalışdıqlarını bildirən tibb xidməti mayoru Nigar Pənahova “Bizə nə vaxt “get” desəz, biz də gedəcəyik, Azərbaycan xalqı olaraq hər zaman türk xalqının yanındayıq” deyib.

 

"Ayın 9-dan burada fəaliyyətə başlamışıq və indiyədək mindən çox xəstəni müalicə etmişik. Travmatologiya, donma, sınıq və cərrahiyyə üzrə xəstələrə müdaxilələr edilib. Pasiyentlər arasında infeksiya və qastroenterologiya problemləri olanlar da olub. Hazırda sahə xəstəxanasında 11 həkim və 13 tibb bacısından ibarət 24 nəfərlik komandamız var. Həm müalicə, həm də əməliyyat üçün həkimlərlə xidmət göstəririk", - deyə Nigar Pənahova qeyd edib.

 

O, bildirib ki, xəstəxana bundan sonra da ehtiyaca uyğun fəaliyyət göstərəcək: Azərbaycan xalqı olaraq hər zaman türk xalqının yanındayıq. Kədərli günündə də, pis günündə də, yaxşı günündə də hər zaman yanındayıq".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır