Azərbaycan Ürək və Damar Cəmiyyəti Türkiyə üçün yardım kampaniyasına qoşulub
20.02.2023 16:50

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, yaralanması və evsiz qalması ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə yardım göstərilməsi davam edir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvləri tərəfindən zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 12 000 AZN məbləğində vəsait göndərilib.

 

Aztibb.az-ın məlumatına görə, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bu barədə feysbukda məlumat paylaşıb.

 

Məlumatda deyilir: "Qardaş Türkiyə Cümhuriyyətində baş vermiş zəlzələ hər kəs kimi Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvlərini də dərin kədərə boğub. Ölkəmizdə səhiyyənin, xüsusilə ürək-damar cərrahiyyəsinin bugünkü inkişafında Türkiyənin və türkiyəli həmkarlarımızın böyük dəstəyi olub, bu gün də bu dəstək davam edir.
 
Qardaş Türkiyəmizin və türk xalqının bu ağır günlərində onların yanında olmaq, mümkün bütün vasitələrlə onlara dəstək göstərmək həm insanlıq, həm qardaşlıq, həm də vicdan borcumuzdur. Dualarımız səninlədir, Türkiyə!"
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır