Tədris Cərrahiyyə Klinikası yaralı əsgərləri qəbul edir
06.10.2020 09:29

Azərbaycanda fəaliyyət göstərən əksər tibb ocaqları kimi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası (TCK) da cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Klinikanın həkimləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimizdən, eləcə də erməni təxribatı nəticəsində xəsarət alan mülki əhalidən köməyini əsirgəmir.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tapşırığına əsasən, klinikanın təcili yardım, reanimasiya, əməliyyatxana və digər şöbələri yaralıların qəbulu üçün tam hazır vəziyyətə gətirilib.

 

Artıq yaralı əsgərlərimizə ixtisaslı cərrahi yardım göstərməyə başlanılıb.

 

Qeyd edək ki, universitetin və klinikanın 14 əməkdaşı könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlarımıza və əsgərlərimizə tibbi xidmət göstərir.

 

TCK-nın baş həkimi, professor Ramiz Poluxovun sözlərinə görə, klinikanın 60-dan artıq həkimi isə könüllü olaraq cəbhə bölgəsində işləmək üçün öz növbəsini gözləyir.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır