Ginekoloq Təranə Bayramova I beynəlxalq ginekoloji konqresdə təqdimatla çıxış edib
18.02.2023 23:28
17-18 fevral 2023-cü il tarixlərində Bakıda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Qadın reproduktiv orqanlarının şişləri” mövzusunda I Beynəlxalq Ginekoloji konqres keçirilib. Konqresin işində Türkiyə, ABŞ, Almaniya, Rusiyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər yaxından iştirak ediblər.
 
Aztibb.az Mərkəzi Gömrük Hospitalına istinadla xəbər verir ki, konfransın ikinci günü – fevralın 18-də Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru Təranə Bayramova “Orqan transplantasiyasından əvvəl və sonra qadın resipiyentlərdə uşaqlıq boynu dəyərləndirilməsində Pap testin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.
 
Orqan transplantasiyasının hər hansı bir üzvün funksiyasının tamamilə pozulması və sıradan çıxması zamanı qəbul olunmuş yeganə müalicə üsulu olduğunu diqqətə çatdıran Təranə Bayramova qeyd edib ki, son 3 ildə Türkiyədə böyrək köçürülmüş qadınların 37%-i, qaraciyər nəqli olanların 41%-i, Amerikada isə 60%-i reproduktiv yaşlı qadınlardır.
 
O, qadın resipiyentlərdə aparılan ümumi müayinələr, onların ginekoloji dəyərləndirilməsi, resipiyentlərdə transplantasiyadan əvvəl və sonra bədxassəli törəmələrin inkişafı, PAP SMEAR testi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Təranə Bayramova təqdimatının sonunda Mərkəzi Gömrük Hospitalında bu sahədə qazanılmış təcrübədən danışmış, konfrans iştirakçılarının suallarını cavablandırıb.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır