ATU-nun fəal tələbələrinə sertifikatlar verilib
18.02.2023 23:20
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli universitetin fəal tələbələrinə sertifikatlar təqdim edib.
 
Aztibb.az bu barədə ATU-ya istinadla xəbər verir. 
 
G.Gəraybəyli fəal tələbələrlə görüşündə bildirib ki, Azərbaycan Tibb Universiteti tələbələrin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması ilə yanaşı, həm də onların ictimai fəallığının artması üçün şərait yaradılmasına çalışır. 
 
ATU-nun rektoru professor Gəray Gəraybəyli hər il fevral ayında universitet həyatına aktiv iştirak edən, universitetin sosial-ictimai proseslərində göstərdiyi fəaliyyətləri ilə seçilən, davranışı, təhsili və fəaliyyəti ilə fərqlənməyi bacaran tələbələrin təltif olunmasının artıq ənənəyə çevrildiyini bildirib. G.Gəraybəyli qeyd edib ki, hər il fevral ayında qeyd olunan Gənclər Günü gənc nəslin ictimai həyatımızda rolunun artmasına kömək etmək, gənclərin potensiallarına diqqət çəkmək üçün bir imkandır: “Bu əlamətdar tarixi gün ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdi. Ulu Öndərin siyasətini davam etdirən cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də gənclər siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm istiqamətlərindən biridir“.

 

Ölkəmizdə gənclərin inkişafına yönələn fəaliyyətlərdən söz açan rektor professor Gəray Gəraybəyli ATU-da son illər aparılan islahatlar və tətbiq edilən yeniliklər barədə də məlumat verərək ATU-nun diplomlarının digər ölkələrdə tanınması üçün atılan mühüm addımlardan danışıb. Azərbaycan səhiyyəsinin tarixində ilk dəfə olaraq Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən beynəlxalq akkreditasiyadan keçdiyini, ikili diplom proqramlarının tətbiqinə başlanıldığını xatırladıb. 

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli iki il öncə Azərbaycana möhtəşəm zəfəri yaşadan gənclərimizin hazırda Azərbaycanın aparıcı qüvvəsi olduğunu vurğulayaraq bir daha görüş iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıb.

 

Sonda ATU-nun rektoru professor Gəray Gəraybəyli universitetin fəal tələbələrinə sertifikatlar təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır