"Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres işə başlayıb
18.02.2023 19:16

Fevralın 18-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycan-Türkiyə Kolorektal Cərrahiyyə Günləri” mövzusunda beynəlxalq elmi konqres öz işinə başlayıb.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”nin və “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi”nin birgə təşkilatçılığı ilə baş tutub.

 

Konqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar ilk növbədə Fəxri Xiyabanı ziyarət edib və Ümummilli Liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar.

 

Tədbirin rəsmi açılış hissəsi Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb. Rəsmi açılış hissəsində ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyi”-nin sədri, professor Xaləddin Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi”nin sədri, professor Ayhan Kuzu, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov və Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev çıxış edib.

 

Daha sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin və Türkiyədə baş vermiş zəlzələdə həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirilib.

 

Konqresin rəsmi hissəsindən sonra elmi hissədə Azərbaycan Milli Akademiyasının müxbir üzvü, professor Nuru Bayramovun, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayevin və “Türkiyə Kolon və Rektum Cərrahi Dərnəyi"nin sədri, professor Ayhan Kuzunun moderatorluğu ilə “Yoğun bağırsağın xoşxassəli xəstəlikləri” paneli start götürüb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilmiş və 2 gün ərzində həyata keçiriləcək konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən ümumilikdə 8 paneldə 23 məruzənin dinlənilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır