Respublika Klinik Xəstəxanası ilə ADHTİ arasında əməkdaşlıq memorandumu imzalanıb
18.02.2023 10:20

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Bu barədə Aztibb.az-a Respublika Klinik Xəstəxanasından məlumat verilib.

 

Memorandum həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasını, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması, rezidentura və yüksəkixtisaslı tibbi-elmi və elmi-pedaqoji kadrların (doktorantura) Respublika Klinik Xəstəxanasında təcrübə keçmələri, eləcə də bu sahədə müalicə, konsultasiya yardımının təkmilləşdirilməsinin möhkəmləndirilməsini ehtiva edir.


İmzalanma mərasimində çıxış edən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası direktoru Elviz Qasımov qarşılıqlı əməkdaşlığın səhiyyənin inkişaf etdirilməsi, xəstəxanada tibbi xidmətin keyfiyyətinin artırılması, rezident və doktorantların təcrübə keçmələrinin onların bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsi üçün önəmli olduğunu qeyd edib.

 

Elviz Qasımov tibb işçilərinin təkmilləşdirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinin, həmçinin birgə elmi tədqiqatların aparılmasının vacibliyindən danışıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev