Fövqəladə hallarda mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkilinə dair təlim keçirilib
17.02.2023 14:50

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 1 nömrəli xəstəxanada "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili" mövzusunda mülki müdafiə məşqi keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə FHN-nin Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, kapitan Hafiz Sadıqov və şöbənin baş zabiti, baş leytenant Tural Vəlizadə iştirak ediblər.

 

STM-in 1 nömrəli şəhər xəstəxanasının baş həkimi Mətləb Musayev şərti siqnalı verərək, məşqin başlanmasını elan edib. Mülki müdafiə məşqi 4 siqnal üzrə həyata keçirilib.

 

İlk siqnalda zəlzələ nəticəsində 1 nömrəli şəhər xəstəxanasının binasında dağıntılar və tələfatın olduğu bildirilib. Həmin xəstəxananın həkim-uroloqu Maqsud Adıyev həyata keçirilən xilasetmə və təxliyyə işlərindən danışıb.

 

İkinci siqnalda isə baş vermiş zəlzələnin təsirindən Sumqayıt şəhər Etilen-polietilen zavodunda 5 tonluq xlor çəninin dağılaraq ətrafa yayıldığı və nəticədə kimyəvi zəhərlənmələr qeydə alındığı qeyd olunub. Xəstəxananın poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva vurğulayıb ki, kimyəvi maddələrdən poliklinika şöbəsində zəhərlənənlər olub və onlar ağır vəziyyətdə münasib olan xəstəxanalara yerləşdirilib.

 

Üçüncü siqnal əsasında həyata keçirilən mülki müdafiə məşqində bildirilib ki, Hacı Zeynalabdin qəsəbəsinin "Kosmonavtlar" yaşayış massivində malyariya infeksion xəstəliyinin yayılması aşkarlanıb. Xəstəxananın həkim-infeksionisti Könül Həsənova ərazidə olan təhlükənin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb.

 

Sonuncu siqnalda isə zəlzələ nəticəsində 1 nömrəli xəstəxananın elektrik xətlərində yaranmış qısa qapanmadan yanğın baş verdiyi qeyd olunub. Xəstəxananın Nefrologiya şöbəsinin müdiri Ceyhun Süleymanlı bildirib ki, hadisə yerinə dərhal yanğınsöndürmə qüvvələri cəlb olunub. Yanğın zamanı xəsarət alanlar və tüstüdən zəhərlənənlər münasib olan xəstəxanalara yerləşdirilib.

 

Sonda FHN-nin Sumqayıt Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini, kapitan Hafiz Sadıqov çıxış edərək məşqin təhlilini aparıb. H. Sadıqov təmsil olunduğu qurum tərəfindən bu istiqamətdə həyata keçirilən tədbilrərdən söz açıb və gələcəkdə atılacaq addımları diqqətə çatdırıb.

 

Qeyd edək ki, məşqin keçirilməsində məqsəd rəhbər heyətə və işçilərə fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və operativ olaraq yerinə yetirilməsi üzrə praktiki vərdişlər aşılamaqdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev