Anadangəlmə ürək xəstəliyinin simptomları - Cabir Gülmalıyev AÇIQLADI
18.02.2023 10:46
Anadangəlmə ürək qüsurları bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. Bunlara ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları aiddir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.
 
Uzman həkim qeyd edib ki, anadangəlmə ürək xəstəliyinin zamanında fərq edilməsi üçün ailə bu mövzuda şübhəci olmalıdır.
 
Cabir Gülmalıyev xəstəliyin simptomlarını da sadalayıb:
Körpə döş əmərkən tez yorulur;
Göyərmə, həddindən artıq tərləmə, nəfəs darlığı olur;
Tez-tez infeksiyaya tutulma halları müşahidə olunur.
 
O, bildirib ki, hər yaş qrupunda olan xəstələrdə müxtəlif tipli anadangəlmə qüsurların cərrahi əməliyyatları uğurla həyata keçirilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev