Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlər üçün seminar keçirilib
17.02.2023 11:46
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim-rezidentlər üçün seminar keçirilib.
 
İnstitutdan Aztibb.az-a verilən xəbərə görə, tədbirdə müəssisənin direktoru t.ü.f.d.,dos Allahverdi Musayev, baş həkim, uzman-pediatr Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini, t.e.d., dos. Nailə Rəhimova, həkim əməkdaşlar və rezidentlər iştirak ediblər.
 
Seminarda həkim-rezident Rəhimə Səfərli "Yenidoğulmuşlarda tənəffüs problemləri" mövzusunda təqdimatla çıxış edib. O, xəstəliyin səbəbləri, simptomları, diaqnostikası və müalicəsindən danışıb.
 
“Tənəffüs çətinliyi sindromu ağciyərləri tam inkişaf etməmiş vaxtından əvvəl doğulmuş körpələrdə baş verir. Bəzi körpələrdə doğuşdan dərhal sonra bəzi tənəffüs problemləri yarana bilər. Körpə nə qədər tez doğulsa, körpənin tənəffüs çətinliyi və əlavə oksigenə ehtiyacı olma ehtimalı bir o qədər yüksəkdir”, - deyə həkim-rezident Rəhimə Səfərli bildirib.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv