Azərbaycanda ilk dəfə təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq
17.02.2023 10:34
Bu il Azərbaycan Tibb Universitetində (ATU) ölkənin ilk təcili tibb təhsili üzrə kurasiya proqramı fəaliyyətə başlayacaq. Proqramın kurikulumunun hazırlanması üçün USAID/Azerbaijan-ın dəstəyi ilə keçirilən 3 günlük seminar başa çatıb.
 
Aztibb.az Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə istinadla (ÜST) xəbər verir ki, seminarda səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-nin ekspertləri, ATU-nun müxtəlif kafedralarından rəhbər nümayəndələr və təcili tibbi yardım xidmətləri üzrə seçilmiş həkim qrupunun üzvlərindən ibarət 33 ekspert 4 işçi qrupu tərkibində bacarıq əsaslı kurikulumun yaradılması üçün müzakirə aparıblar. Proqram ambulans və xəstəxanalarda yüksək səviyyəli təcili tibbi yardım üçün gərəkli insan resurslarını gücləndirməyə xidmət edəcək.
 
Seminar USAID-in maliyyə dəstəyi ilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıq üzrə həyata keçirilən “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində baş tutub. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır