Hamiləlik dövründə pilatesin faydaları
16.02.2023 15:33
Hamiləlik dövründə gələcək analar fizioloji və anatomik dəyişikliklərlə üzləşır. Bu dövrü daha rahat, sağlam, ağrısız və xoş əhval-ruhiyyə ilə keçirtmək üçün hamiləlik pilatesin rolu əvəzolunmazdır.
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov məlumat verib.
Onun sözlərinə görə, pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır. Pilatesə görə, bədən mərkəzi dərindəki əzələlərlə bel sümüyünə ən yaxın olan əzələlərindən meydana gəlir.
Pərvin Əkbərov qeyd edib ki, hamilə pilatesi onurğanı sabit tutma qabiliyyətini artıran, çanaq dibi əzələlərinin kontrolunu təmin edən, nəfəsi və bədən duruşunu düzəldən, əzələləri gücləndirərək “artan ağırlığı daşıya bilmə“ üçün ideal bir məşq tipidir.
Fizioterapevt adi pilateslə hamilə pilatesi arasındakı fərqi də izah edib. Bildirib ki, adi pilatesdə ağırlıq mərkəzi qarın bölgəsinə düşürsə, hamilə pilatesində isə çanaq bölgəsinə düşür. Hamiləliyin daha sağlam keçməsi, onurğa sütununa düşən yükü və ağrıları azaltmaq üçün, ayaqdakı şişkinliklərin qarşısının alınması, doğuşun rahat keçməsi, doğuşdan sonra artmış bədən kütləsinin azalması üçün hamiləliyin 12-ci həftəsindən başlayaraq hamiləlik pilatesi ilə məşğul olmaq tövsiyə olunur.
"Hamiləlik dövründə edilən pilates məşqləri gələcək ana namizədinin sağlamlığının artması və əzələlərinin güclənməsinə, bədən quruluşunun pozulmaması, imicinin yaxşılaşmasına, ruh yüksəkliyinə, enerjisinin artması və normal yuxu rejiminin təmin edilməsinə, psixoloji gərginlikdən qurtulmaq ilə yanaşı bağırsaq funksiyalarını tənzimləməyə də kömək edir.
Qadınlar hamiləlik dövründə müntəzəm pilateslə məşğul olmaqla həm körpələri, həm də özləri üçün ən yaxşı fiziki və emosional inkişafa nail ola bilərlər. Bununla belə, pilates məşqləri qadının gözəllik, zəriflik və daxili sakitlik hissini artıra bilər. Pilates yalnız doğuşa kömək etmir, doğuşdan sonrakı dövrdə sağalmanı da sürətləndirir.
Hamilələrin pilatesi fizioterapist müşayəti ilə etmələri məsləhətdir, əks təqdirdə, hansısa narahatlıqlar və ya xəsarət alma halları baş verə bilər", - deyə Pərvin Əkbərov əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
Psixoloq: Xoşbəxtliyi əzələ kimi inkişaf etdirmək mümkündür
17.10.2026 | 09:48
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

