Səhiyyə Nazirliyində İsrailin məşhur neyrocərrahı ilə görüş keçirilib
16.02.2023 14:01

Azərbaycan Səhiyyə Nazirliyində ölkəmizdə işgüzar səfərdə olan tanınmış neyrocərrah, İsrailin Soroka Universiteti Tibb Mərkəzinin Neyrocərrahiyyə şöbəsinin direktoru Mikki Gideonla görüş keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu bildirib. Qeyd edib ki, İsrail yüksək səviyyəli təhsil və səhiyyə sisteminə malik ölkələrdən biridir: "Ölkələrimizin səhiyyənin nəzdində olan yüksək texnologiya - virusologiya, mikrobiologiya və səhiyyənin digər sahələrində əməkdaşlıqdan və qarşılıqlı fəaliyyətindən məmnunuq. Bundan əlavə, Azərbaycan Tibb Universiteti İsrailin Ben Gurion Universiteti və Soroka Tibb Mərkəzi ilə fəal əməkdaşlıq edir”.

 

Teymur Musayev çıxışında doktor Gideonun karyerası ərzində bir sıra unikal əməliyyatların həyata keçirdiyini vurğulayaraq bildirib ki, onlardan bəziləri neyrocərrahiyyə sahəsində innovativdir: “Eyni zamanda, siz ictimai fəaliyyətlərə də vaxt ayırırsınız. Belə ki, 2021-ci ilin oktyabrında Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya səfər etdiniz. Səfər zamanı Azərbaycan Tibb Universitetinin tələbələri qarşısında çıxış edib, yerli neyrocərrahlarla görüşüb, həmçinin Azərbaycanda klinikalardan birində pasientləntlərə təmənnasız konsultasiya həyata keçirminisiz”.

 

Sonda Azərbaycan səhiyyə naziri müştərək elmi tədqiqat işlərinin aparılmasının vacibliyini qeyd edib.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən doktor Mikki Gideon təmsil etdiyi tibb mərkəzin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğu bildirib.

 

Diqqətə çatdırılıb ki, Soroka klinikası İsrailin ən böyük müalicə-diaqnostika mərkəzlərindən biridir. Tibbi mərkəzin müasir avadanlıqları xəstəliklərə ən erkən mərhələdə diaqnoz qoymağa imkan verir ki, bu da öz növbəsində daha dəqiq və effektiv müalicəyə kömək edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib