Mərkəzi Gömrük Hospitalında təcrübə keçəcək tələbələrlə görüş keçirilib
16.02.2023 12:50

Mərkəzi Gömrük Hospitalında təcrübə keçəcək Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri ilə görüş keçirilib.

 

Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova və Hospitalda təcrübə keçəcək tələbələr iştirak ediblər.

 

Görüş zamanı İsmayıl Əfəndiyev tələbələri salamlayaraq, onlara Tibbi Xidmət İdarəsinin çoxşaxəli fəaliyyəti barədə məlumat verib. O, Mərkəzi Gömrük Hospitalında göstərilən yüksək keyfiyyətli, müasir tibbi xidmətlərdən barədə bəhs edərək tələbələrə təcrübə əldə etmələri, o cümlədən bilik və bacarıqlarını təkmilləşdirmələri üçün yaradılmış imkanlardan maksimum yararlanmalarını tövsiyə edib.
Mərkəzi Gömrük Hospitalının baş tibb bacısı Gülyaz Fərəcova tələbələrin Hospitalın müvafiq şöbələri üzrə növbəli iş planının hazırlandığını qeyd edərək, tələbələrə vəzifə öhdəlikləri barədə məlumat verib.

 

Daha sonra Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə tibb bacılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində ETTM tərəfindən həyata keçirilən elmi-təcrübi tədbirlər barədə məlumat verib və tələbələr üçün yeni fəaliyyət planı hazırlanacağını vurğulayıb.

 

Qeyd edək ki, tələbələr 3 aylıq təcrübə müddətində Hospitalın müxtəlif şöbələrində fəaliyyət göstərərək mənimsədikləri nəzəri tibbi bilikləri təcrübədə tətbiq edəcəklər. Tələbələrin diplomqabağı dövlət təhsil istehsalat təcrübəsi müddəti 8 iyun 2023-cü il tarixinədək davam edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır