Tanınmış oftalmoloq Qurban İsmayılovun 50 yaşı tamam olur
16.02.2023 12:19

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılovun 50 yaşı tamam olur.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, müəssisənin direktoru Mücahit Avcil tanınmış həkimi bu münasibətlə təbrik edib, ona plaket təqdim edib.

 

M.Avcil şöbə müdirinin yüksək fəaliyyət göstəricilərinə malik olduğunu vurğulayıb: “Sizin kimi həkimlərə, müəllimlərə ehtiyacımız var. Xəstələrdən sizin işinizlə bağlı məmnuniyyət reaksiyaları alırıq. Ümid edirəm ki, bundan sonra da klinikamızda şöbənizin nümunəvi fəaliyyəti ilə seçilənlər arasında olacaqsınız”.

 

Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov xoş sözlər və göstərilən etimad üçün klinikanın direktoruna təşəkkür edib.

 

Qeyd edək ki, Q.İsmayılov mütəmadi olaraq aztəminatlı ailələr, tələbələr, şəhid və qazi ailələri üçün təmənnasız göz əməliyyatları aksiyaları həyata keçirir. Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsi daim öz həkim briqadası və texnoloji avadanlıqları ilə seçilib. Şöbədə hər cür müasir avadanlıqlar quraşdırılıb və bütün zəruri əməliyyatlar icra edilir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv