Səhiyyə Nazirliyində Qananın ölkəmizdəki səfiri ilə görüş keçirilib
15.02.2023 14:07

Səhiyyə Nazirliyində Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev Oheneba Lesli Akua Akyaa Opoku-Vareni Qananın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.


Teymur Musayev Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətindən danışaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dəfələrlə vaksin millətçiliyini tənqid edib. Ölkə başçısının müraciətindən sonra bu istiqamətdə müsbət nailiyyətlər əldə olunub.

 

Nazir, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini də diqqətə çatdırıb.


Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini deyən Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. O, Oheneba Lesli Akua Akyaa Opoku-Varenin səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edərək, ölkələrimiz arasında bu istiqamətdə əlaqələrin dərinləşəcəyinə əminliyini ifadə edib.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Oheneba Lesli Akua Akyaa Opoku-Vare Qananın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib. Qana Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini xatırladan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib.


Görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyətini və potensial inkişaf imkanlarını müzakirə ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev