Azərbaycan Tibb Universiteti USAID ilə əməkdaşlığa başlayır    
15.02.2023 11:25

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, qonaqları salamlayan universitetin rektoru, professor Gəray Gəraybəyli tədris prosesi, o cümlədən yeni yaranan ixtisaslar, tədris proqramlarının təkmilləşdirilməsi, xaricdən tələbələrin cəlb olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

 

Universitet üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan rektor, USAID-lə mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.

 

Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev bildirib ki, hazırda ATU-da 50 ölkədən 3000 əcnəbi tələbə və rezident təhsil alır: “Universitetimizdə 6 fakültə fəaliyyət göstərir, hər bir fakültə öz ixtisasına uyğun professor-müəllim heyəti ilə komplektləşib. Həmçinin universitet nəzdində 4 klinikamız var. Ölkədəki tələbata uyğun olaraq, ATU-da “Tibb bacısı” və “Fizioterapiya” ixtisasları da yaradılıb”.

 

Prorektor qeyd edib ki, universitet olaraq USAID-lə əməkdaşlıq bizim üçün çox önəmlidir: “Ümumdünya Səhiyyə Təşkilatı ilə səhiyyə menecmenti, ailə həkimi sahələri üzrə sıx əməkdaşlıq edir, birgə təlimlər keçiririk. Sizin qurumla da bir simulyasiya mərkəzinin yaradılmasını istərdik. Universitetimizin klinikalarında tədris treninq mərkəzləri fəaliyyət göstərir. Amma təbii ki, bu qədər tələbəsi olan universitetdə bəzən hər tələbəyə xəstə göstərmək mümkün olmur. Məhz buna görə və günümüzün reallığından çıxış edərək, simulyasiya mərkəzinin yaradılmasını planlaşdırırıq. Düzdür, ölkə rəhbərliyinin tapşırığı ilə başqa qurumların nəzdində belə bir mərkəz qurulub. Bizim tələbələrimiz də ora gedirlər. Amma əlçatanlıq və tədris prosesinin keyfiyyəti baxımından ATU-nun özündə simulyasiya mərkəzinin olması vacibdir”.

 

USAID Azərbaycanın Missiya direktoru Maykl Nirbas görüş üçün təşəkkür edərək, qarşılıqlı əməkdaşlığın faydalı ola biləcəyi fikrini dəstəklədiyini bildirib. O, USAID-lə universitet arasında uyğun istiqamətlərdə fəaliyyətin qurulması üçün işçi qrupun təşkil olunmasını təklif edib: “Bir müddət əvvəl ATU-da Təcili Yardım Sisteminin təkmilləşdirilməsi mövzusunda keçirilən simpoziumda mən də iştirak etmişdim. Həmin tədbirdə də bildirmişdim ki, təcili yardım sisteminin gücləndirilməsi USAID-in Azərbaycanla tərəfdaşlığının əsas məqsədlərindən biridir. Bu istiqamətdə, eləcə də adlarını çəkdiyiniz yeni ixtisaslarla bağlı sizə dəstək olmağa hazırıq”.

 

Səmərəli müzakirə şəraitində keçən və ilkin razılaşmalarla yekunlaşan görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Tədris departamentinin müdiri, dosent Kamandar Yaqubov, İnnovasiya şöbəsinin müdiri Aygün Babayeva, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova, USAİD Azərbaycan-ın Layihələr şöbəsinin direktoru Angelina Allen-Mpyisi, layihələrin idarəolunması üzrə mütəxəssis Emin Məmmədli, ABŞ səfirliyinin təhsil üzrə mütəxəssisi Ramina Murşudova da iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv