İSİM-də müstəqil qiymətləndirmə qrupunun nümayəndələri ilə görüş keçirilib  
14.02.2023 17:16
Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı həyata keçirilir.
 
Üç il ərzində icra edilən fəaliyyətlərin nəticələrinin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin planlaşdırılması məqsədilə proqramın yekun qiymətləndirilməsi baş tutur. Qiymətləndirmə missiyası müstəqil qiymətləndirmə qrupu tərəfindən aparılır.
 
Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məlumat verilib.
 
Bildirilib ki, qiymətləndirmə qrupunun nümayəndələri xanım Meredit Braun və xanım Eşli Meycorun Azərbaycana səfəri başlayıb. Səfər çərçivəsində layihə ilə əməkdaşlıq etmiş dövlət qurumları, beynəxlaq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndləri ilə görüşlər təşkil edilir.
 
Növbəti görüş İSİM-də keçirilib. Mərkəzin direktoru Qəhrəman Haqverdiyev proqramın icrası barədə fikirlərini bildirərək, əməkdaşlığın əhəmiyyətini, layihənin müsbət töhfələrini qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev