"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Dermatovenereloq Elməddin Əmrahov
19.02.2023 10:54
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!“ rubrikasının bu dəfəki qonağı Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 2 nömrəli xəstəxananın Poliklinika şöbəsinin həkim-dermatovenereloqu Elməddin Əmrahovdur.
 
O, 1985-ci ildə Ağsu rayonunda anadan olub. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsində təhsil alıb. 2015-2019-cu illərdə ATU-nun Dermatovenerologiya kafedrasında rezidentura oxuyub.
 
Elməddin Əmrahov 2016- ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Fotodermatologiya və dəri xərçəngi" mövzusunda keçirilən II Beynəlxalq Transqafqaz konfransında, 2018-ci ildə Tbilisidə "Fotodermatologiya, Dermatoonkologiya və Dermatocərrahiyə" üzrə IV beynəlxalq konfransda iştirak edib. Həmçinin Azərbaycanda dermatovenerologiya üzrə 20-dən çox konfransın iştirakçısı olub.
 
Həkimin müxtəlif tibbi jurnal və dərgilərdə dermatovenerologiyanın fərqli problemləri üzrə 7 tezis, 3 məqaləsi nəşr olunub. O, Tibb Universitetinin tələbə və həkim-rezidentləri üçün nəzərdə tutulan "Dermatovenerologiya üzrə situasion məsələlər" adlı dərs vəsaitinin müəlliflərindən biridir.
 
2020-ci ildən Sumqayıt şəhər 2 nömrəli xəstəxananın Poliklinika (əvvəlki 4 nömrəli poliklinika) şöbəsində dermatoveneroloq vəzifəsində çalışır.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev