“1542” Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir
14.02.2023 12:14

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzində media və qeyri-hökumət nümayəndələri üçün “Açıq qapı” günü təşkil edilib. 

 

Aztibb.az xəbər verir ki, məqsəd iştirakçıları qurumun Çağrı mərkəzinin fəaliyyəti ilə əyani tanış etmək, onların zənglərin cavablandırılması və qeydə alınması proseslərini izləmələrinə şərait yaratmaq olub.

 

Çağrı mərkəzi xidmətinin rəhbəri Nərminə Ramazanova mərkəzin fəaliyyəti barədə ümumi məlumat verib və sualları cavablandırıb.

 

O, ötən müddət ərzində müasir tələblərə uyğun olaraq görülən tədbirlərin mərkəzə müraciətlərin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılmasına istiqamətləndiyini deyib: “2022-ci ilin noyabr ayından etibarən “1542” Çağrı mərkəzinin işini tam avtomatlaşdırmağa imkan verən yeni proqram təminatı qurulub. Proqram təminatı müraciətçilərlə əlaqələrin idarəedilməsi, qəbul edilən zənglərin qeydiyyatının, məlumat bazasının, ümumilikdə hesabatlılığın təmin edilməsinə, işin keyfiyyətinin canlı izlənilməsinə imkan verir”.

 

Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı yenilikləri diqqətə çatdıran N.Ramazanova ötən ilin noyabr ayından etibarən icbari tibbi sığorta ilə bağlı yeni xətt - göndərişlərin verilməsi xəttinin (1542-3) istifadəyə verildiyini deyib: “Bu xəttə zəng etməklə vətəndaşlar sığorta çərçivəsində dövlət və özəl tibb müəssisələrinə göndərişlərin verilməsi qaydası ilə bağlı suallarına cavab ala bilərlər. Artıq bu günədək bu mövzuda 3926 müraciət cavablandırılıb. Bundan əlavə, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir”.

 

Məlumatda qeyd olun ki, agentliyin Çağrı mərkəzində ümumilikdə 42 əməkdaş xidmət göstərir. Ötən aya olan göstəriciyə görə mərkəzə gün ərzində ortalama 814 zəng daxil olub. Müraciət zamanı gözləmə müddəti orta hesabla 22 saniyə, vətəndaşlarla danışıq müddəti isə orta hesabla 1 dəqiqə 09 saniyə olub.

 

2022-ci il ərzində “1542” Çağrı mərkəzinə ümumilikdə 216252 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42694, əlillik məsələləri ilə bağlı xəttinə 12489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

 

Həmçinin bildirilib ki, respublikanın istənilən regionundan stasionar və mobil telefonlardan “1542” Çağrı mərkəzini ödənişsiz yığmaq mümkündür. Mərkəz 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə həftə boyu 24 saat fəaliyyət göstərirlər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv