ATU-nun Tədris Cərrahiyyə Klinikasında neyro-monitorinq cihazı vasitəsilə zob əməliyyatı icra olunub
14.02.2023 09:48
ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun başçılığı ilə 47 yaşlı xanımda zob əməliyyatı həyata keçirilib.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, müayinələr nəticəsində çoxsaylı düyünlərin böyük ölçülü olduğu müəyyənləşib. Eutiroid vəziyyət yarandığına görə, xəstədə əməliyyat aparılması qərara alınıb. "Total tiroidektomiya" əməliyyatı zamanı qalxanvari vəz tamamilə xaric edilib.
 
Cərrah A.Hümmətovun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasında bu növ əməliyyatlar artıq müasir metodlarla, neyro-monitorinq cihazı vasitəsilə icra olunur.  Müasir avadanlıqların tiroid əməliyyatlarında böyük əhəmiyyəti var: “Qalxanvari vəzin kapsulunun arxa səthində qayıdan qırtlaq siniri siniri keçir. Məhz bu sinir səs telini innervasiya edir. Biz bu cihaz vasitəsilə həmin sinirin hardan keçdiyini müəyyən edirik. Sinirə yaxınlaşan zaman cihaz bu barədə xəbərdarlıq etdiyindən, bu tip riskli əməliyyatı daha rahat və fəsadsız icra olunur. Beləliklə də, xəstənin səs tellərində heç bir problem yaranmır.”
 
Həkim bildirir ki, tiroid əməliyyatlarından sonra ən çox verilən suallardan biri də qəbul ediləcək dərmanlarla əlaqədardır. Təəssüf ki, tiroid əməliyyatından sonra qalxanvari vəz tam çıxarılır, bu zaman əvəzedici hormon terapiyasına ehtiyac yaranır. Əməliyyatdan sonra xəstənin vəziyyətinə uyğun dərman və dozası seçilir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev