Peşəkar həkimlərimizi tanıyaq! - Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev
14.02.2023 09:25

Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında yüksəkixtisaslı ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının rəis müavini, Baş həkim vəzifəsini müvəqqəti icra edən, t.e.d. Bəxtiyar Musayevi Sizə təqdim edirik.

 

Bəxtiyar Musayev 1982-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 1982-1983-cü illərdə Bakı şəhəri 5 saylı klinik xəstəxanada cərrahiyyə üzrə inetnatura təhsili alıb. 2012-ci və 2017-ci illərdə ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçib. 1990-cı ildə namizədlik, 2000-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyalarını müdafiə edib.

 

O, 1984-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat Fiziologiya İnstitutunun nəzdində akademik Böyükkişi Ağayevin təşəbbüsü ilə yaradılmış biliar sistemin fiziologiyası və cərrahiyyəsi üzrə akademik qrupun əvvəl kiçik, sonra isə böyük elmi işçisi vəzifəsində işləyib. 1989-2000-ci illərdə yeni yaradılmış ET Qastroenterologiya İnstitutunda fəaliyyətini davam etdirib.

 

Eyni zamanda, 1984-2018-ci illərdə 5 saylı kliniki xəstəxanada cərrah, o cümlədən 2000-2011-ci illərdə həmin xəstəxanada Cərrahiyyə şöbəsinin müdiri, 2004-2016-cı illərdə bir neçə özəl tibb müəssisəsində baş həkim vəzifələrində çalışıb. 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və müalicə işləri üzrə rəis müavini, 2022-ci ilin dekabr ayından isə Gömrük Hospitalında Baş həkim vəzifəsini müvəqqətti icra edir.   

 

Bəxtiyar Musayev ölkəmizdə endoskopik əməliyyatları ilk aparanlardan biridir. Belə ki, 1982-ci ildən diaqnostik laparoskopik müdaxilələr, 90-cı illərin ortasından isə endoskopik cərrahi müdaxilələri icra etməyə başlayıb. Keçmiş SSRİ məkanında qaraciyərin funksiyaları və perkutan qaraciyər daxili müdaxilələrin aparılmasında pionerlərdən olaraq ilk dəfə 1984-cü ildən başlayaraq ölkəmizdə bu əməliyyatları icra edib.

 

Həkim ümumi cərrahiyyə və qastroenterologiya sahəsində, o cümlədən qaraciyər, öd kisəsi və öd axarları, mədəaltı vəzi, qida borusu, mədə, nazik və yoğun bağırsaq, dalaq xəstəlikləri üzrə təcrübəli mütəxəssis olaraq qarın boşluğu üzvləri üzərində bütün növ açıq və laparoskopik əməliyyatları həyata keçirir.

 

O, daim dünya tibb aləmində baş verən hadisələri izləyir, tibbin nailiyyətlərini öyrənir və işini müasir texnologiyalara əsaslanaraq qurur. B.Musayev öz işlədiyi dövrdə ölkəmizdə və xaricdə keçirilən onlarla konfrans, simpozium və konqreslərdə iştirak edib. 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində “Ərəb-Sağlamlıq-2019” tibb sərgisində, eyni ildə Türkiyənin İstanbul şəhərində Florence Nightingale Xəstəxanalar Qrupunda xəstəxana işinin təşkili, infeksion nəzarət sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq çərçivəsində təkmilləşdirmə kursunda, Türkiyənin Antalya şəhərində “Dezinfeksiya, Antiseptika və sterilizasiya” üzrə praktiki kursda iştirak edib. Bəxtiyar həkim 50-dən yuxarı elmi məqalənin, 1 ixtiranın, 3 səmərələşdirici təklifin və 3 metodik tövsiyənin müəllifidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır