"Serebral metastazlarda ümumi yanaşma" adlı elmi-praktik konfrans keçirilib
13.02.2023 23:11

Referans Medical Group və Anadolu Sağlıq Qrupunun birgə təşkilatçılığı ilə "Serebral metastazlarda ümumi yanaşma" adlı elmi-praktik konfrans keçirilib.

 

Referans Medical Groupdan Aztibb.az-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib.

 

Daha sonra Türkiyədə baş vermiş dəhşətli zəlzələdə həyatını itirmiş insanların ruhu bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan konfransın sədri, professor Kənan Yusif-zadə 2022-ci ildə Referans Medical Group və Anadolu Sağlıq Qrupu arasında imzalanmış memonranduma əsasən aparılan işlər, keçirilən həkim qəbulları və əməkdaşlar üçün təşkil olunan təlim proqramları haqqında məlumat verib.

 

Konfransda TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli səhiyyə sistemində son zamanlar əldə olunan nailiyyətlər, aparılan islahatlardan danışıb, beynəlxalq təcrübəyə əsaslanan elmi və praktiki tədbirlərin keçirilməsinin önəmini qeyd edib.

 

Daha sonra Anadolu Sağlıq Qrupunun tanıtımı məqsədilə videoçarx nümayiş olunub, Türkiyənin aparıcı sağlıq qurumlarından biri olan ASQ haqqında məlumat verilib, eyni zamanda, neyrocərrahiyyə sahəsində əldə olunan uğurlardan və dünya miqyasında görülən işlərdən bəhs edilib.

 

"Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirin açılış hissəsində Referans Medical Group tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış sənədli film nümayiş olunub, Ulu Öndərin səhiyyə sisteminə verdiyi töhfələr diqqətə çatdırılıb.

 

Konfransda bir neçə əlaqəli ixtisasların (nevrologiya, neyrocərrahiyyə və radiologiya) kəsişməsində çalışan tanınmış ekspertlər iştirak ediblər. Tədbirdə aktual elmi və praktiki aspektlərə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

İki sessiyadan ibarət olan tədbirdə 100-dən çox həkim iştirak edib, 6 təqdimat dinlənilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev