Mədə kiçiltmə əməliyyatından sonra düzgün qidalanma necə olmalıdır? - Ümumi cərrah AÇIQLADI
18.02.2023 12:00
Mədə kiçiltmə əməliyyatından sonra ilk üç ayda ədviyyatlar, qəhvə, karbohidratlı qidalar, çiy tərəvəzlər, tomat pastası, limon, çoxlu miqdarda duz və şəkərdən istifadə qadağandır. Bundan əlavə, ilk 6 ayda spirt və qazlı içkilərdən uzaq olmaq lazımdır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ümumi cərrah Rəşad Əkbərli məlumat verib.
 
Həkim mədə kiçiltmə əməliyyatından sonra bədəndə tikiş, çapıq izinin qalması məsələsinə də aydınlıq gətirib. Bildirib ki, mədə kiçiltmə əməliyyatı qapalı üsulla (laparoskopik) icra edilir. Bu zaman qarında 1 sm-lik 4 kəsik yeri olur. Bu kəsiklər estetik tikişlərlə bağlandığı üçün zamanla dəridə çapıq izi qalmır.
 
Rəşad Əkbərli qeyd edib ki, əməliyyatdan sonra ilk müayinə 15-ci gündə, ikinci müayinə isə birinci ayda aparılır. Sonrakı 3, 6, 9 və 12-ci aylarda xəstələrin qan analizlərinin nəticəsi ümumi cərrah və dietoloq tərəfindən yoxlanılır.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev