ATU əməkdaşlarının ixtirasına beynəlxalq patent verilib
13.02.2023 17:37

Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov, Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev və ATU-nun Elmi-Tədqiqat Mərkəzinin Elektron mikroskopiya şöbəsinin böyük elmi işçisi, b.ü.f.d. Fuad Rzayevin birgə ixtirası beynəlxalq patent alıb.

 

Aztibb.az ATU-ya istinadla xəbər verir ki, yanvarın 27-də Avrasiya Patent Təşkilatının qərarına əsasən, “Elektron mikroskopda obyektləri fiksasiya etmək üçün istifadə olunan vakuum aparatı” (№ 042254) patentləşdirilib.

 

Qeyd etmək lazımdır ki, ixtiraçılar tərəfindən ilk dəfə təqdim olunan vakuum aparatında elektron mikroskopiyada ultrastrukturu öyrənilən nümunələrin fiksatorla birlikdə 1 sutka saxlanılmaqla, daha sonra ümumi qəbul edilmiş metodlar əsasında işlənildikdə, daha keyfiyyətli elektronoqrammaların alınmasına nail olunub. Bu zaman istər insan, istərsə də bitki obyektlərinin quruluşunun tədqiq olunması fərq etmir.

 

Fiksasiya prosesində istifadə olunan reaktivlərin tərkibində heç bir dəyişiklik olunmadan sol sütunda (Şəkil A və B) bitkilərin müxtəlif hissələrinin vakuumsuz, sağ sütunda (Şəkil C və Ç) isə temperatur rejimi ilə tənzimlənən vakuum aparatında fiksasiya olunduqdan sonra işıq (A və C) və elektron mikroskopunda (B və Ç) çəkilmiş şəkillərinin müqayisəsi verilib. İstər işıq, istərsə də ultrastruktur səviyyədə vakuumsuz şəraitdə fiksasiya olunmuş bitkilərin hüceyrəvi və qeyri-hüceyrəvi elementlərinin kəskin deformasiyası aydın görünür (A, B). Təsvir olunanların tam əksinə olaraq, vakuum aparatında fiksasiya olmuş preparatlarda hüceyrənin zarla əhatə olunmuş bütün strukturlarında nəzərə çarpacaq dəyişikliklər aşkar edilmir. Qeyd etmək lazımdır ki, zarlı və matriks elementlərinin mürəkkəbliyi ilə fərqlənən xloroplastların struktur elementləri yalnız vakuum aparatının iştirakı ilə fiksasiya olunmuş bitkilərdə aşkar olunub (Ç).

 

Avrasiya Patent Təşkilatının təqdim etdiyi beynəlxalq patentlə daha ətraflı buradan tanış olmaq olar:

 

https://www.eapo.org/ru/publications/publicat/viewpubl.php?id=042254&i21=202192721&id=042 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev