Radioloq Elçin Hacıyev - "Həkimlərimizi tanıyaq!" rubrikası 
13.02.2023 19:49
"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti qonağı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının radioloqu Elçin Hacıyevdir.
 
O, 12 dekabr 1977-ci ildə Balakən rayonunda anadan olub. 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2001-2002-ci illərdə Bakı şəhəri 3 saylı Mərkəzi Xəstəxanada internatura keçib.
 
Elçin Hacıyev 2002-2005-ci illərdə Balakən rayonunun Talalar kənd xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Eyni vaxtda 2002-2004-cü illərdə Azərbaycan Milli Ordusunda tibb xidməti Baş leytenantı olaraq həqiqi hərbi xidmət keçib. O, 2005-2015-ci illərdə "MediClub" klinikasının nümayəndəsi olaraq “Bakı-Tbilisi-Ceyhan” boru kəməri layihəsində Təcili Tibbi Yardım və Sənaye həkimi kimi çalışıb. Həmçinin 2011-2015-ci illərdə Azərbaycan Tibb Universitetində Şüa Dioqnostika üzrə rezident olub.
 
Həkim 2015-2016-cı illərdə Türkiyə Respublikasında Ondokuz Mayıs Universitetində Şüa diaqnostika ixtisası üzrə kurs keçib. 2016-2017-ci illərdə MediClub Şüa diaqnostika şöbəsində fəliyyət göstərib. 2017-ci ildən fəaliyyətini Mingəçevir ŞMX-da davam etdirən peşəkar radioloq Elçin Hacıyev hazırda Radiologiya şöbəsinin müdiri vəzifəsini icra edir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır