“Yeni klinika”da növbəti tibbi seminar keçirilib
13.02.2023 14:35

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsində növbəti tibbi seminar keçirilib.

 

“Yeni klinika”dan Aztibb.az-a bildirilib ki, tibb müəssisəsinin direktor vəzifəsini icra edən baş həkim Cavid Paşayevin iştirakı ilə baş tutan seminarın keçirilməsində əsas məqsəd tibbin ən vacib mövzularında araşdırmaların aparılması və bu yöndə kollektiv müzakirələrin təmin edilməsidir.

 

Tədbirdə həkim-terapevt Səbinə Fərzəliyeva “Pulmonar Tromboemboliya” (PTE) xəstəliyi haqqında araşdırma apararaq geniş təqdimatla çıxış edib.

 

O, xəstəliyin 3 böyük risk (major, orta və aşağı) faktorları, əlamətləri, müayinə və müalicəsi barədə məlumat verərək, xəstəliyin vaxtında diaqnostikası və zaman itirmədən müalicəsinin ölüm riskini azaltdığını qeyd edib.

 

PTE xəstələrinin daha çox dispnoe (nəfəs darlığı), taxipnoe (sürətli nəfəs), ciddi sinə ağrısı və hemoptiziya (qanhayxırma) kimi şikayətlərlə müraciət etdiyini bildirən məruzəçi risk vəziyyətini dəyərləndirmək üçün klinikada “Wells” və “Cenevrə” skorlarından istifadə olunduğunu bildirib.

 

Xəstəliyin müalicə metodları haqqında geniş müzakirələrin aparıldığı seminar sual-cavab sessiyası ilə yekunlaşıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır