Maarifləndirici seminar: "Mastopatiya və süd vəzi xərçəngi”
13.02.2023 14:03

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyindəki 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində növbəti maarifləndirici seminar keçirilib.

 

Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib.

 

Bu dəfəki seminarda Poliklinika şöbəsinin həkim-onkoloqu Vüsal İbrahimov “Mastopatiya və süd vəzi xərçəngi” mövzusunda təqdimatla çıxış edib. Tibb müəssisəsinin, habelə STM-in tabeliyində olan ailə sağlamlıq mərkəzlərinin həkimlərinin qatıldığı seminarda onkoloq Vüsal İbrahimov süd vəzi xərçənginə daha çox qadınlarda rast gəlindiyini diqqətə çatdırıb.


V. İbrahimov bildirib ki, süd vəzisində həm xoşxassəli, həm də bədxassəli şişlər inkişaf edə bilər. Qeyd edib ki, mastopatiya əsasən dölyaratma yaşında inkişaf edir.

 

Vurğulayıb ki, mastopatiyanın ilk əsas səbəbi qadın orqanizmində hormonal tarazlığın pozulmasıdır. Onkoloq mastopatiyanı yaradan səbəblərdən, simptomlardan, süd vəzinin dishormonal proseslərindən, BİRADS təsnifatından və diaqnostikadan geniş bəhs edib.

 

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, seminarda 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev, xəstəxananın Poliklinika şöbəsinin müdiri Arzu Bəndəliyeva və Doğum şöbəsinin müdiri Təranə Qarayeva da iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır