Heydər Əliyev Fondunun dəstəyi ilə toplanan humanitar yardım Türkiyəyə yola salınıb
12.02.2023 16:18

Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin fevralın 8-dən başlatdığı humanitar kampaniya çərçivəsində toplanan yardım bu gün səhər qardaş ölkəyə yola salınıb.

 

Aztibb.az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev bildirib ki, bu gün Bakıdan çıxan növbəti humanitar yardım maşınlarında müxtəlif isti geyimlər, gigiyenik vasitələr, istilik avadanlıqları, yorğan və döşəklər və s. var və bu yardımlar birbaşa zəlzələ bölgəsinə çatdırılacaq.

 

Qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən Neftçilər prospektində yerləşən Bakı İdman Sarayında Türkiyənin təbii fəlakətdən zərər çəkmiş vilayətlərində hazırda ən çox ehtiyac duyulan ləvazimatların toplanmasını həyata keçirir. Bakı İdman Sarayında vətəndaşlar tərəfindən təqdim olunan lazımi vasitələr qəbul olunur, çeşidlənir və qablaşdırılaraq Türkiyəyə yola salınır.

 

Ötən günlər ərzində humanitar yardım göstərmək istəyən şəxslər ilkin tələb olunan ləvazimatları toplanış məntəqəsinə təhvil veriblər. Vətəndaşların izdihamı ilə keçən kampaniya zamanı toplanan yardım Bakı İdman Sarayında könüllülərin iştirakı ilə yerindəcə çeşidlənir, qablaşdırılır və yük maşınlarına yüklənilir.

 

Fevralın 14-dək vətəndaşların ianə etdiyi bütün ləvazimat və avadanlıqlar bu qaydada faciə bölgəsinə yola salınacaq.


Bununla yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond əməkdaşları humanitar yardım aparan təyyarə ilə fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman və tibbi avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar da çatdırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev