Oktyabrın 5-i Beynəlxalq Həkimlər Günüdür
05.10.2020 15:15

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni əlifba - latın qrafikası ilə işləyən dünya həkimlərinin həmrəyliyidir.

 

Aztibb.az xəbər verir ki, həmin günün qeyd olunması təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı çıxış ediblər. Hər il “Sərhədsiz həkimlər”in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il “Sərhədsiz həkimlər” təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edirlər.

 

Hazırda Azərbaycanda 31,8 min həkim və 55,6 min orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda can sağlığının qoruyucularıdır.

 

Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə edirlər.

 

Həkimlər və səhiyyə işçiləri öz peşə bayramları günü ilə əlaqədar olaraq müxtəlif maarifçilik tədbirləri - seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır