Zaqatalada icbari tibbi sığortanın tətbiqinə dair maarifləndirici tədbir keçirilib
12.02.2023 09:28

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki regional filialının və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İcbari tibbi sığorta haqqında” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin direktoru Tamara Nurəliyeva, xəstəxananın digər əməkdaşları, rayonun ayrı-ayrı müəssisə nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Tamara Nurəliyeva icbari tibbi sığortanın tətbiqi ilə səhiyyə sistemində yaradılmış köklü dəyişikliklərdən danışıb. O, əhalinin daha etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarının artdığını qeyd edib.

 

Daha sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəki regional filialının rəhbəri həkim Laçın İbrahimxəlilov tədbir iştirakçılarına icbari tibbi sığorta sistemi haqqında məlumat verib. O, öz çıxışında icbari tibbi sığorta sisteminin ölkədə mərhələli tətbiqi, xidmətlər zərfi, bura daxil olan və olmayan tibbi xidmətlər, icbari tibbi sığortanın maliyyələşmə mənbələri, icbari tibbi sığorta haqları və s. haqqında məlumatları iştirakçıları diqqətinə çatdırıb.

 

Sonda icbari tibbi sığorta sisteminin tətbiqinə dair suallar cavablandırılıb və belə tədbirlərin davamlı olaraq keçirilməsinin zəruriliyi qeyd olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev