İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları İngiltərədə beynəlxalq konqresdə iştirak edirlər
10.02.2023 18:00
İngiltərənin Mançester şəhərində EAHAD-2023 - Avropa Hemofiliya və Digər Qan Xəstəlikləri Assosiasiyasının 16-cı Beynəlxalq Konqresi keçirilir.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Regional mərkəzlərlə iş şöbəsinin koordinatoru, hematoloq Mehparə Kazımova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri, Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova "Azərbaycanda hemofiliyalı xəstələrin ağırlıq dərəcəsindən asılı olaraq yayılması" adlı poster-prezentasiya ilə ölkəmizi təmsil edirlər.
 
Konqresdə hemofiliya və digər irsi qan xəstəliklərinin ən son müalicə metodları, gen mühəndisliyi geniş müzakirə olunur, yeni dərman preparatları haqda mühazirələr dinlənilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır