Tiroid düyünlərinin verdiyi şikayətlər və ƏLAMƏTLƏRİ
11.02.2023 10:48
Düyünlü Guatrı olan xəstələrin çoxunda demək olar ki, heç bir şikayət olmur. Bu xəstələrdə düyünlərin aşkarlanması çox vaxt pasiyentin başqa bir səbəbdən həkimə gəlməsi nəticəsində olur. Düyünlər fiziki müayinə (həkimin əl ilə yoxlaması) və ya tiroidə aid olmayan görüntülü diaqnostik müayinələrdə aydınlaşır.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu məlumat verib. 
 
Həkimin sözlərinə görə, tiroid vəzin içindəki düyün çox vaxt kənardan gözlə ayırd edilmir. Çox az sayda xəstə boynundakı şişliyi özü və yaxınları hiss edib, həkimə gedir. Bundan başqa, çox az xəstə qrupu bu düyünlərdən normadan çox ifraz olunan tiroid hormonuna (hipertiroizdizm) dair şikayətlərlə həkimə müraciət edir.
 
"Təəssüf ki, bir çoxları düyünlər aşkarlansa belə ətraflı müayinəni və diaqnozun təsdiqini ehmal edirlər, "ciddi bir şeyim yoxdur", deyib getmək istəyirlər. Halbuki araşdırmalar göstərir ki, bu düyünlərin 5%-i tiroid xərçəngi ola bilər. Bu səbəbdən də pasiyentlərə məsləhətimiz, müayinə əsnasında tiroid düyünündən şübhə edilirsə, həkimin dediklərini gözardı etmədən, pillə-pillə bütün müayinələrdən keçməli, həkimin göstərişi olan müalicəni yerinə yetirməlisiniz", - Fərhad Burzu bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev