ÜST missiyası Azərbaycanda Beynəlxalq Təcili Tibbi Yardım Briqadalarının yaradılması məqsədilə ölkəmizdə səfərdədir  
10.02.2023 17:26

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası Azərbaycanda Beynəlxalq Təcili Tibbi Yardım Briqadalarının (BTTYB) yaradılması ilə əlaqədar ölkəyə səfər edib.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, fövqəladə hallarda əhaliyə təcili tibbi yardım xidməti göstərən bu briqadalar həm qlobal səviyyədə, həm də ölkə daxilində səfərbər olaraq, dövlətə səhiyyə sahəsində dəstək göstərə biləcək potensiala sahib olacaq. Briqadaların yerli kadrlardan təşkil olunması nəzərdə tutulur.

 

İki gün davam edən missiyanın iştirakçıları ÜST-nin BTTYB üzrə eksperti Jorge Salamanca, ÜST-nin səhiyyədə fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin hazırlanmasına dair Cənubi Qafqaz ölkələri üzrə Mərkəzinin rəhbəri Vasili Esenamanov və BTTYB Təşəbbüsü üzrə baş məsləhətçi Nuran Higgins ölkə ofisini və bir sıra dövlət qurumlarını ziyarət edərək görüşlər keçiriblər.

 

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və ölkə ofisinin əməkdaşlarının da iştirakı ilə Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində keçirilən görüşlərdə tərəflər bildirib ki, bu briqadaları yaratmaqda əsas məqsəd fəlakətlər, epidemiyalar və fövqəladə hallar zamanı ÜST-nin texniki dəstəyi ilə təlim almış qrup tərəfindən hadisə yaranan kimi hökumətə və əhaliyə təcili tibbi yardım göstərilməsində dəstək olmaqdır. Müzakirələrdə BTTYB-nin ÜST-nin standartlarına uyğun hazırlanması, sertifikatlaşdırılmadan keçməsi, beynəlxalq status alma prosesi, habelə dövlət qurumlarına ÜST tərəfindən lazımi dəstəyin göstərilməsi və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Görüşlərin nəticəsində BTTYB-nin yaradılması üzrə İşçi Komitənin tərkibi müəyyənləşib. Belə ki, adıçəkilən dövlət qurumları tərəfindən koordinatorlar təyin olunub. Missiyanın səfərinin son günündə İşçi Komitənin dəyirmi masa ətrafında görüşü keçirilib və BTTYB-nin formalaşdırılması üzrə yol xəritəsi müəyyən olunub.

 

Qeyd edilib ki, BTTYB təşəbbüsü 2010-cu ildə Haitidə dağıdıcı zəlzələdən sonra yaradılıb və fövqəladə hallar zamanı sürətlə təcili tibbi yardım göstərmək üçün təlim keçmiş və hazırlanmış ixtisaslı tibbi qrupların əhəmiyyətli bir şəbəkəsinə çevrilib.

 

Hazırda Türkiyədə yaranan dağıdıcı zəlzələ ilə bağlı tədbirlərin icrasında müxtəlif ölkələrdən səfərbər edilən bir çox BTTYB dövlətə dəstək göstərir.

 

 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev