Səhiyyə Nazirliyində AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
10.02.2023 15:16

Səhiyyə Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri xanım Kəndis Makdeyqan ilə görüş keçirilib.

 

Nazirliyinin mətbuat xidmətindən Aztibb.az-a bildirib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığından danışıb, son illər birgə regional əməkdaşlığımızın dinamik inkişafını qeyd edib.

 

Rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini diqqətə çatdıran Teymur Musayev səhiyyə sisteminin təkmilləşdirilməsinin, xüsusilə də rəqəmsallaşmasının və insan kapitalının inkişaf etdirilməsi ölkəmiz üçün prioritet məsələ olduğunu bildirib. Onun sözlərinə görə, Asiya İnkişaf Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Asiya İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

 

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən AİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini vurğulayıb. Kəndis Makdeyqan, həmçinin qeyd edib ki, cari il ərzində Asiya İnkişaf Bankı tərəfindən Azərbaycanla 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası (ÖTS) hazırlanacaq. Onun sözlərinə görə, bu sənəd AİB-Azərbaycan tərəfdaşlığının uzunmüddətli prioritetlərini, o cümlədən səhiyyə sektorunda əməkdaşlığı müəyyən edəcək.

 

Görüş zamanı ÖTS-nin növbəti dövrü ərzində potensial əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər, eyni zamanda ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı üzrə əməkdaşlığı müzakirə ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev