18 aylıq körpədə cinsiyyət qüsuru aradan qaldırılıb  
10.02.2023 12:22

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Uşaq cərrahiyyəsi kafedrasının dosenti Vüqar Məhəmmədovun başçılığı ilə 18 aylıq körpədə də hipospadiyanın subkoronar forması ilə bağlı uretroplastika əməliyyatı icra olunub. Əməliyyat kaudal anesteziya altında, yəni uşaq dərin anesteziya almadan aparılıb.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Vüqar Məhəmmədov bildirib ki, sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsuru olan hipospadiya təxminən 200 oğlan uşağından birində rast gəlinir. Müalicəsi yalnız cərrahi yolla uretranın xarici dəliyinin normal yerinə gətirilməsi, yanaşı rast gəlindiyi halda isə həm də cinsiyyət üzvündəki əyriliyin aradan qaldırılmasından ibarətdir. Cərrahi əməliyyat üçün optimal yaş ilk 6-18 aydır:

 

“Adətən bu əməliyyatlar bir neçə mərhələdən ibarət olur. Biz isə xəstəmizdə əməliyyatı bir mərhələ ilə yekunlaşdırmağı planlaşdırırıq. Əvvəlki illərdə bu tip əməliyyatların sonradan ağırlaşması hallarına daha çox rast gəlinirdi. Lakin müasir dövrdə əməliyyat texnikasının inkişafı onun  nəticəsinə çox müsbət təsir edir. 90-95 faiz hallarda əməliyyatlarımız fəsadsız keçir, 5-10 faiz hallarda təkrar əməliyyatlara ehtiyac qalır. Qüsurun formasından, dərinliyindən asılı olaraq əməliyyat müddəti 40 dəqiqə ilə 3-4 saat arasında dəyişə bilər”.

 

Vüqar Məhəmmədov qeyd edib ki, el arasında “anadangəlmə sünnətli” kimi adlandırılan bu xəstəliyin rast gəlmə tendensiyasında son illərdə artım müşahidə olunur. Buna görə də valideynləri daha diqqətli olmağa, qüsur aşkarlanan kimi həkimə müraciət etməyə çağırırıq. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır