Kliniki Tibbi Mərkəzdə təcili tibbi yardım sahəsində təlimlər keçilib
09.02.2023 22:35

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzdə 22 tibb işçisinin təməl həyat dəstəyi (BLS) və təkmil həyat dəstəyi (ACLS) üzrə biliklərinin artırılmasını hədəfləyən təlim keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, fevralın 1-4-də baş tutan təlimdə iştirakçılar təcili müdaxiləyə ehtiyac olduqda tətbiq edilməli olan effektiv ilkin yardım tədbirləri barədə nəzəri və praktik bilgilərini artırmaq imkanı əldə ediblər.

 

Təlim iştirakçılarından 19-u təcili tibbi yardım xidmətlərinin gücləndirilməsi üzrə seçilmiş həkim qrupunun üzvləri olub. Bu iştirakçılar növbəti 2 il ərzində davamlı təlimlərdə iştirak edəcək və Azərbaycanda təcili tibbi yardım sisteminin transformasiyasına töhfə verəcəklər.

 

ÜST-nin Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi təlim "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin təcili tibbi yardım sisteminin infrastrukturunun və insan resurslarının gücləndirilməsinə dəstək olmaqdır. Layihə çərçivəsində 2022-ci ilin aprelindən bu günədək 270 tibb işçisi təcili tibbi yardım sahəsində təlimlərə qatılıb.

 

Qeyd edək ki, sözügedən layihə USAID-in maliyyə dəstəyi ilə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda həyata keçirilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır