Ötən il vahid əlaqələndirmə mərkəzlərində icbari tibbi sığorta ilə bağlı 433 vətəndaşa xidmət göstərilib
09.02.2023 15:11
2022-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən ölkədə fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində 433 müharibə iştirakçısı və şəhid ailəsi üzvünə xidmət göstərilib.
Agentlikdən Aztibb.az-a bildirilib ki, müraciətlərə uyğun olaraq vətəndaşlar ümumilikdə 617 xidmətdən yararlanıb. Bu xidmətlərin 550-si səhiyyə xidmətləri, 46-sı immunoprofilaktikaya dair məlumatlandırma, 21-i isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi ilə bağlı Vahid əlaqələndirmə mərkəzlərində cəmlənmiş 53 qurumdan biri olan Agentlik vətəndaşlara 3 istiqamət üzrə xidmət göstərib.
Qeyd edək ki, bu istiqamətlər daxilində vətəndaşlar eyni zamanda icbari tibbi sığorta haqqında məlumatlandırılıb, onlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə və əlillik statusunun əldə olunması ilə əlaqədar müvafiq yardım göstərilib.
Birinci istiqamət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu üzrədir. Vətəndaş müraciət etdiyi zaman ona gərəkli olan müvafiq tibb müəssisəsi ilə əlaqə saxlanılır, sorğusu lazımi həkimə ünvanlanır, çətinlik yaranarsa, məsələnin həlli istiqamətində müvafiq tədbirlər görülür və ya vətəndaş həmin tibb müəssisəsinə yönləndirilir.
İkinci istiqamət COVID-19 infeksiyası və vaksinasiya ilə bağlı sualların cavablandırılması, həmçinin Milli peyvənd təqvimi haqqında məlumatın verilməsi ilə bağlıdır.
Sonuncu istiqamətə isə tibbi arayışların elektron registrindən məlumatların verilməsi aiddir. Belə ki, vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Əlillik” altsisteminə daxil edilmiş müayinənin cavabı ilə qane olmadığı zaman (imtinanın səbəbi sənəd yetərsizliyi, müalicə yetərsizliyi və ümumən tibb müəssisəsi ilə bağlı olduğu hallarda) Agentliyin vahid əlaqələndirmə mərkəzlərindəki əməkdaşına müraciət edə bilər. Vətəndaşın sorğusu müvafiq olaraq Agentliyə, DOST Agentliyinə və ya müvafiq tibb müəssisəsinə yönləndirilir, yaranmış çətinliyin səbəbi araşdırılır və müvafiq tədbirlər görülür.
Qeyd edək ki, vahid əlaqələndirmə mərkəzləri ilk dəfə 2021-ci ilin 23 avqust tarixində Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin mərkəzlərində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasında məqsəd şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərə vahid məkandan dövlət qurumlarının təxirəsalınmaz və operativ xidmət göstərməsini təmin etməkdir.
Bu bölməyə aid digər xəbərlər
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ATU tələbələri üçün beynəlxalq mübadilə proqramı
18.10.2026 | 16:37
Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb
18.10.2026 | 15:38
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
18.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50

