Quduz heyvanla təmasdan 10-12 gün sonra quduzluq xəstəliyi yarana bilər - İnfeksionist
11.02.2023 13:21
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim infeksionisti Firəngiz Məmmədova quduzluq xəstəliyi barədə suallarımızı cavablandırıb:
- Firəngiz həkim, quduzluq xəstəliyi nədir və hansı yolla yoluxulur?
- Rabis virusu tərəfindən törədilən ensafalitlə ağırlaşan kəskin virus infeksiyalarıdır. Yəni, quduzluq hər hansısa heyvanın dişləmə və ya yaralaması nəticəsində yayılan virusdur. Heyvanın dişləməsi, cırmaqlaması, heyvanın ağız suyunun zədələnmiş dəri və selikli qişaya düşməsi, heyvan yalamaları, o cümlədən quduz heyvanın südünü çiy içmək, ətini tam bişməmiş yemək, bəzən quduzlaşmış heyvanın ağız suyu ilə çirklənmiş geyim və ya əşyalarla təmas və s. ilə yoluxma halları mümkündür. Belə bir fakt var ki, ana övladının it tərəfindən dişlənmiş, cırılmış geyimini tikdikdən sonra həmin istifadə olunan sapı ağzı ilə qırmış və selikli qişaya düşən virus anada xəstəlik yaratmışdır.
- Bəs quduzluq xəstəliyinin müalicəsi necə aparılır?
- İnfeksiya mənbəyi olan heyvanların - it, pişik, canavar, tülkü, çaqqal, nadir hallarda at, eşşək, iribuynuzlu heyvanların dişləməsindən dərhal sonra və növbəti günlərdə, yəni 3, 7, 14, 28-ci günlər antirabik vaksin vurulmalıdır. Həmçinin ilk 7 gün ərzində bir doza quduzluq əleyhinə immunoqlobulin istifadə edilməlidir. Dişləyən heyvan 10-12 gün izlənilir, əgər ölməzsə 0, 3, 7-ci günlər vurulmuş 3 doza vaksinlə kifayətlənmək olar. Çünki, quduz heyvan maxsimum 10-12 gün yaşaya bilər. Lakin dişləyən heyvan 10-12 gün ərzində ölərsə və yaxud izlənilə bilinməyən, məsələn küçə iti, pişiyi, canavar, tülkü və s. olarsa mütləqdir ki, vaksin 5 doza vurulsun. O cümlədən üzdən, əldən dişləmədə, immun yetməzliyi olan insanlarda, sümük və oynaqdan dişləmədə, protez oynağa yaxın yaralanmalarda və genital nahiyədən yaralanmalarda 3 gün antibiotik proflaktikası aparılması məsləhətdir.
- Quduz heyvanla təmasdan sonra nə qədər vaxta quduzluq xəstəliyi yarana bilər?
- Ən erkən 10-12 gün, ən gec 1 ildən çox. Bu, heyvanın dişlədiyi nahiyədən və zədələnmiş nahiyyənin dərinliyindən, genişliyindən, heyvanın ağız suyunun çoxluğundan asılı olur.
Dişləmə yerində (2-10 gün) ağrı, paresteziya, qızdırma, halsızlıq, ürəkbulanma, qusma, səbəbsiz qorxu, həyəcan. Quduzluğun əlamətləri aşağıdakılardır:
- Qəribə davranışlar, halsunasiyalar
- Hidrofobiya (sudan qorxma)
- Aerofobiya (hava axınından, küləkdən) qorxma
- Fotofobiya (işıqdan qorxma)
- Tüpürcək ifrazı artması (sialoreya)
- Həyəcan, təşviş, qorxu
- Kəllə beyin sinirlərin iglicləri
- Koma, ölüm.
- Quduzluq xəstəliyindən sağalma olurmu?
- Simptomları göründüyü zaman xəstəni xilas etmək üçün çox gec olur. Ancaq quduz virusuna məruz qalmış bir adam, davamlı şəkildə müalicəyə müraciət etsə, effektiv nəticə əldə edə bilər. Heyvan dişləməsi zamanı 10-15 dəqiqə bol su və sabunla yumaq, 5% povidon yodla yumaq və vaxt itirmədən xəstəxanaya müraciət etmək lazımdır.
- Dişləmədən 10 gün keçdikdən sonra quduzluq əleyhinə peyvəndləmə etmək olarmı?
- Quduzluq əlamətləri yoxdursa, təmasdan sonra keçən vaxta baxmadan quduzluq əleyhinə vaksin olunmalıdır. Hamilələrdə və uşaqlarda da profilaktik qayda eynidir.
Bu bölməyə aid digər xəbərlər
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
İİV-lə bağlı stiqma xəstələrdə diaqnostika və müalicə proseslərinə əhəmiyyətli təsir göstərir - Müsahibə
11.09.2026 | 14:52
Dəridə səpgilər nədən xəbər verir?
07.09.2026 | 10:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

