Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində çalışan psixiatrlar üçün təlimlər təşkil edir
09.02.2023 11:59
 
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müharibə veteranlarına tibbi xidmət göstərən psixiatrlar üçün təlimlər keçirir.
 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibb mütəxəssisləri üçün təşkil olunan təlimlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Psixiatriya Xəstəxanası, Psixi Sağlamlıq Mərkəzi, o cümlədən şəhər və rayon psixiatriya xəstəxanaları və psixonevroloji dispanserlərin psixoloq və psixiatrları iştirak edirlər.

 

Təlimçi qismində Türkiyədən Ankara Universiteti Gülhanə Tədris və Araşdırma Xəstəxanasının Psixiatriya bölümünün müəllimi, professor Bülent Devrim Akçay cəlb olunub.

 

Türkiyəli mütəxəssis 7 günlük təlim müddətində hərbi psixiatriyanın əsas prinsipləri, psixiatriyada müalicə metodları, mənəvi travma konsepsiyası, postravmatik stress pozuntusu və digər mövzular üzrə təcrübəsini yerli mütəxəssislərlə paylaşacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib